Dünya

Albaniyanın keçmiş prezidenti vəfat edib

28 May 2022 20:18
0 Şərh     Baxış: 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Albaniyanın keçmiş prezidenti Buyar Nişani Almaniyada klinikalardan birində 56 yaşında vəfat edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Şimali Makedoniyanın "21.TV" portalı məlumat yayıb.

Onun sözlərinə görə, bir neçə həftə əvvəl Nişani ağır vəziyyətdə Almaniyadakı klinik xəstəxanalardan birinə yerləşdirilib. Keçmiş dövlət başçısının hansı xəstəlikdən öldüyü barədə məlumat verilmir.

Buyar Nişani 2012-2017-ci illərdə Albaniyanın prezidenti olub. Buna qədər isə müxtəlif dövrlərdə siyasətçi daxili işlər və ədliyyə nazirliklərinə rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.