Dünya

Krivoy Roqa üç raket zərbəsi endirilib

25 May 2022 12:37
0 Şərh     Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dnepropetrovsk vilayətinə gecə yenidən davamlı hava hücumu olub.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının sədri Valentin Rezniçenko məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında ruslar Krivoy Roqa üç raket hücumu həyata keçirib.

"Biz sənaye müəssisəsinə girdik. Ciddi ziyan dəyib. Zərərçəkənlər barədə məlumatları dəqiqləşdiririk", - Rezniçenko yazıb.

Bundan əlavə, Krivoy Roq rayonunda ruslar "Uraqan"lardan Şirokovskaya və Apostolovski icmalarına atəş açıblar.

Bu atəş nəticəsində insanlar zərər çəkməsə də, Apostolovo şəhəri qismən işıqsız qalıb.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.