Dünya

Taxıl böhranı uzaqda deyil: Ukrayna ixrac edə bilmir... - Britaniya kəşfiyyatı

25 May 2022 10:22
0 Şərh     Baxış: 1 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Müharibə başlayandan bəri Odessaya və ya Odessadan ticari gəmilərin əhəmiyyətli fəaliyyəti olmayıb. Rusiyanın əsas Qara dəniz limanlarının sonradan dəniz blokadası alması ticari gəmiçilik sənayesini ərazidə fəaliyyət göstərməkdən çəkindirib".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

"Ukraynanın qurudan ixrac mexanizmlərinin Rusiyanın blokadası nəticəsində yaranan gəmiçilik qabiliyyəti çatışmazlığını əvəz etmək ehtimalı çox azdır. Sonucda Ukrayna taxıl ehtiyatlarının önəmli hissəsi ixrac oluna bilmir və saxlancda qalır.

Qarşıdurma artıq qlobal taxıl qiymətlərinə dolayı təzyiq göstərib. Rusiyanın dəniz blokadası təhlükəsi kommersiya gəmilərinin Ukrayna limanlarına girişini əngəlləməkdə davam etsə də, sonucda tədarük çatışmazlığı bir çox əsas məhsulların qiymətini daha da artıracaq", - məlumatda qeyd olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.