Dünya

Baydenin reytinqi rekord səviyyəyə ENİB

25 May 2022 07:43
0 Şərh     Baxış: 791
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu həftə ABŞ-da inflyasiyanın artması fonunda Co Baydenin ölkə prezidenti kimi fəaliyyətinə amerikalıların bəyənilmə reytinqi rekord 36%-ə düşüb.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Ipsos" sosioloji xidməti ilə birgə keçirdiyi sorğunun nəticələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, bu göstərici əvvəlki həftə ilə müqayisədə 6 faiz bəndi azalıb. C.Baydenin də daxil olduğu ABŞ Demokrat Partiyasının tərəfdarları olan respondentlərin 72%-i dövlət başçısının fəaliyyətini dəstəkləyir.

Rəyi oyrənilənlərin 59%-i prezidentin fəaliyyətini bəyənmir. Sorğu mayın 23-24-də 1005 ABŞ vətəndaşının arasında aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.