Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından (QAK) Trend-ə verilən məlumata görə, Ali Komissar Filippo Qrandi bildirib ki, yüz milyon çox ciddi və eyni zamanda silkələyən və narahat edəcək bir rəqəmdir. Bu, heç zaman qeydə alınmamış bir rekorddur:
"Bu, dağıdıcı münaqişələrin həll edilməsi və qarşısının alınması, təqiblərə son qoyulması və günahsız insanları evlərini tərk etməyə məcbur edən əsas səbəblərin aradan qaldırılması üçün həyəcan siqnalı rolunu oynamalıdır".
BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK-ın yeni məlumatlarına görə, Efiopiya, Burkina Faso, Myanma, Nigeriya, Əfqanıstan və Konqo Demokratik Respublikası daxil olmaqla bir sıra ölkələrdə yeni zorakılıq dalğaları və ya uzun sürən münaqişələr nəticəsində 2021-ci ilin sonunadək dünya üzrə zorla didərgin salınmış insanların sayı 90 milyona çatıb. Bundan əlavə, Ukraynadakı müharibə bu il ölkə daxilində 8 milyon insanı didərgin salıb, Ukraynadan 6 milyondan çox qaçqının köçməsi qeydə alınıb.
Dünya əhalisinin 1%-indən çoxunu təşkil edən bu ümumi rəqəm dünyada əhali baxımından 14-cü olan ölkənin əhalisinin sayına bərabərdir. Məcburi Köçkünlüyün Monitorinqi Mərkəzinin (IDMC) bu yaxınlarda dərc olunmuş hesabatına görə, buraya qaçqınlar və sığınacaq axtaranlar, habelə münaqişə nəticəsində ölkəsinin sərhədləri daxilində didərgin düşmüş 53,2 milyon insan daxildir.
"Ukraynadakı müharibə səbəbindən qaçan insanlara münasibətdə beynəlxalq reaksiya olduqca müsbət olub", - deyə o, əlavə edib. - "Mərhəmət hissi qalmaqdadır və dünyadakı bütün böhranlarla bağlı analoji səfərbərliyə ehtiyacımız var. Amma nəticə etibarı ilə humanitar yardım çarə deyil, yüngülləşdirici vasitədir. Bu tendensiyanı geri çevirmək üçün yeganə cavab sülh və sabitlikdir ki, günahsız insanlar evdə qalıb ciddi təhlükə ilə üzləşmək, yoxsa riskli qaçışı və sürgünü seçmək arasında seçim etmək məcburiyyətində qalmasınlar."
BMT QAK "Qlobal tendensiyalara dair illik hesabat"ını iyunun 16-da açıqlayacaq. Həmin hesabatda 2021-ci il üçün zorla didərgin salınma halları ilə bağlı qlobal, regional və milli məlumatların tam toplusu, habelə 2022-ci ilin aprel ayına qədər olan bir qədər məhdud çərçivədə yenilənmiş məlumatlar, həmçinin qayıdışlar və həll yolları haqqında təfsilatlar əks olunacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
Payızda bu qaydalar saçlarınızı qoruya bilər
-
Bakıda şadlıq sarayında istehlaka yararsız ətlər tapıldı
-
6667 hektar ərazi minalardan təmizləndi
-
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
-
Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə ilə bağlı araşdırma aparılır - (Yenilənib)
-
AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib
-
Türkiyədə kömür mədənində uçqun: 5 işçi dağıntılar altında qalıb
-
Tbilisiyə qatar bileti ucuzlaşdı - Bu tarixdən
-
“Ölümdən qorxmasam da, xəstəliklə ölməkdən qorxuram”
-
Hava dəyişir - BDYPİ sürücülərə müraciət etdi
-
Xırdalanda yolu keçən qadını avtomobil vurdu
-
Bakıya leysan yağacaq - Xəbərdarlıq
-
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
-
Mabel Matiz məhkəmə qarşısında: 3 ilədək həbs tələb edildi
-
İsrail həmin şəxsləri mükafatlandıracaq
-
26 avtomobil hərraca çıxarıldı: Ən diqqətçəkən satış qiymətləri
-
Ronaldunu cəza gözləyir: Uzaqlaşdırılma və pul cəriməsi...
-
Azərbaycanın yeni avtomatları sərgidə - “Azərsilah”dan 3 model
-
Rusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutunu vurdu
-
Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
-
Nəriman Axundzadənin 10 ay sonra vurduğu qol - (Video)
-
Vanqanın 2027-ci il proqnozu üzə çıxdı
-
Fədayə Laçın: "Dedim ki, təyyarənin sağındakı yerləri alsın, tək oturum"





