Dünya

"Ukraynada müharibə dönüş nöqtəsinə çatıb"

23 May 2022 07:19
0 Şərh     Baxış: 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı ölkələrinin hərbi texnika ehtiyatları Ukraynaya yardımın göstərilməsi ilə əlaqədar tükənib.

Milli.Az "report"a istinadən bildirir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel öz bloqunda yazıb.

Onun sözlərinə görə, Ukrayna ordusunun potensialını gücləndirmək üçün davam edən səyləri dəstəkləmək lazımdır.

"Biz resursları və təchizatı artırmalıyıq. Və deməliyəm ki, hazırda bu dəstək kritikdir, çünki müharibə həlledici məqama, dönüş nöqtəsinə çatıb və biz Ukraynanın texnikasının tükənməsinə imkan verə bilmərik və buna imkan verməyəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.