Dünya

Böyük Britaniya hakimiyyəti koronavirus təhlükəsi səviyyəsini aşağı salıb

20 May 2022 23:21
0 Şərh     Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya hakimiyyəti koronavirus ilə bağlı təhlükə səviyyəsini dördüncü səviyyədən üçüncü səviyyəyə endirib (ümumilikdə beş səviyyədir).

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərar İngiltərə, Şimali İrlandiya, Uels və Şotlandiyanın baş həkimləri tərəfindən elan edilib.

"Birləşmiş Krallığın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin tövsiyələri fonunda, biz [Birləşmiş Krallığın müxtəlif hissələrinin] Baş Tibb Mütəxəssiləri və İngiltərə Milli Səhiyyə Xidmətinin Baş Tibb Mütəxəssisi razılaşdıq ki, təhlükə 4-cü səviyyədən 3-cü səviyyəyə qədər aşağı salınmalıdır", - deyə qərarda qeyd olunub.

Eyni zamanda, Britaniyanın baş tibb işçiləri koronavirus infeksiyasının yeni ştammlarının, xüsusən BA.4, BA.5 və BA2.12.1-in yayılması səbəbindən yoluxanların sayının artması ehtimalı barədə xəbərdarlıq ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.