Dünya

"Ukrayna danışıqlar masasına qayıdan kimi..."

19 May 2022 14:32
0 Şərh     Baxış: 736
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna danışıqlar masasına qayıtmağa hazır olduğunu bildirən kimi Rusiya müsbət cavab verəcək.

Milli.Az TASS-a istinadən bildirir ki, bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Danışıqlar prosesi bizim tərəfimizdən kəsilməyib. Ukraynalı tərəfdaşlarımız onu dayandırıb. Onlar danışıqlar masası arxasına qayıtmağa hazır olduqlarını bildirən kimi biz müsbət cavab verəcəyik", - o deyib.

"Əsas odur ki, müzakirə ediləcək bir şey olsun", - Rudenko vurğulayıb.

O əlavə edib ki, Rusiyanın xarici siyasət konsepsiyasına yeni geosiyasi reallıqlarla bağlı düzəlişlər edilməlidir.

"Son üç ayda vəziyyət kökündən dəyişdiyi üçün konsepsiyanın korreksiyası tələb olunur. Biz konsepsiyamızda əksini tapmalı olan yeni geosiyasi reallıqlarda yaşayırıq", - o, TASS-ın sualını cavablandırarkən deyib.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Rudenko humanitar məsələlər üzrə təmas qrupunun Ankarada elan edilmiş görüşü barədə məlumatı olmadığını bildirib.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Rudenko bildirib ki, son üç ay ərzində yeni geosiyasi reallıqlar yaranıb və xarici siyasət konsepsiyasına düzəlişlər etmək lazımdır.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.