Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan qonşu ölkələrə Ukraynadan 6,29 milyondan çox qaçqın gəlib.
Milli.Az bildirir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi məlumata görə, son 24 saat ərzində onların sayı 29,000-dən çox artıb.
BMT QAK-ın məlumatına görə, göstərilən müddət ərzində Rusiyaya 850 534, Polşaya 3 396 792, Rumıniyaya 930 341, Macarıstana 610 076 nəfər gəlib.
Aslan Məmmədov
Milli.Az