Dünya

Britaniyada inflyasiya son 40 il ərzində ən yüksək həddə çatıb

18 May 2022 13:00
0 Şərh     Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada aprel ayında illik inflyasiya son 40 il ərzində ən yüksək həddə çataraq 9 faiz təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Mili Statistika Bürosunun hesabatında deyilir.

Mart ayında Böyük Britaniyada inflyasiya 7 faizə bərabər idi.

Hesabat dövründə istehlak qiymətləri 2,5 faiz artıb.

Qeyd edək ki, Böyük Britaniyada indiyədək qeydə alınan ən yüksək inflyasiya 1982-ci ilin martında 9,1 faiz olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.