Dünya

Krım rəsmisi: Ukrayna ordusu gəlmir, inanmayın!

17 May 2022 20:42
0 Şərh     Baxış: 1 037
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya ordusu Ukraynanın cənubunun "azad edilmiş" ərazilərini tərk etməyəcək. Ona görə də yerli əhali ukraynalı millətçilərin geri qayıtmasından qorxmamalıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Krım parlamentinin birinci vitse-spikeri Yefim Fiks deyib.

"Yerli əhali ukraynalı millətçilərin və neonasistlərin geri qayıtmasından qorxmamalıdır. Xəyali qələbələr və gözlənilən hücumlar haqqında Ukrayna təbliğatının danışdığı dəhşətli hekayələr başqa bir blefdir. Ordumuz Ukraynanın cənubunun azad edilmiş ərazilərini tərk etməyəcək, xüsusi əməliyyatın məqsəd və vəzifələri yerinə yetiriləcək. Cənub bölgələrinin sakinlərinin təhlükəsizliyinə silahlı qüvvələrimiz zəmanət verir", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.