Dünya

Britaniya kəşfiyyatı: "Rusiya Donbasda irəliləyiş sürətini bərpa etməyə çalışacaq"

17 May 2022 10:36
0 Şərh     Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya qoşunlarının Ukrayna paytaxtına doğru hərəkət istiqamətində, təqribən, 3500 binanın dağıldığı və ya zədələndiyi təxmin edilir. Ziyanın 80 faizi yaşayış binalarına dəyib".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

"Bu zərərin miqyası Rusiyanın yaşayış məntəqələrinə qarşı artilleriyadan istifadə etməyə hazır olduğunu göstərir. Rusiya yaxın həftələrdə Donbasda irəliləyiş sürətini bərpa etməyə çalışacaq. Odur ki, Rusiya qoşunları kütləvi artilleriya zərbələrini davam etdirəcək", - məlumatda bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.