Dünya

Bu şəhərlər atəşə tutuldu: ölənlər və yaralılar var

16 May 2022 11:42
0 Şərh     Baxış: 941
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gecə saatlarında rus əsgərləri Severodonetsk və Lisiçanskı atəşə tutublar, atəşin nəticələri dəqiqləşdirilir.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Luqansk Regional Hərbi Administrasiyasının jurnalistlərə təhvil verdiyi səhər saat 8:00-a olan xülasədə deyilir.

"Luqansk bölgəsi: Severodonetskin kütləvi atəşə tutulması. Lisiçansk, Privolye, Novodrujesk, Rubejnoye, Voyevodovka, Beloqorovka da artilleriya və reaktiv yaylım atəşi sistemlərindən hücuma məruz qalıb", - məlumatda deyilir.

Severodonetsk xəstəxanasının atəşə tutulması nəticəsində 2 nəfər ölüb, biri uşaq olmaqla 9 nəfər yaralanıb.

"Severodonetsk və Lisiçanskın gecə atəşə tutulub. Nəticələr barədə ətraflı məlumat dəqiqləşdirilir", - Administrasiya əlavə edib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.