Türkiyə ilin sonuna kimi bu qədər turist qəbul etməyi planlaşdırır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə bu il 42 milyon turist qəbul etməyi planlaşdırır. Belə olacağı təqdirdə turizm gəlirlərinin 35 milyard dolları keçəcəyi gözlənilir.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy "Habertürk" telekanalına müsahibəsində bildirib.
Nazir 2021-ci ildə Türkiyəyə 30 milyon xarici vətəndaşın səfər etdiyini və turizm gəlirlərinin 24,5 milyard dollar təşkil etdiyini xatırladıb.
Ersoy vurğulayıb ki, hakimiyyət Türkiyəyə istirahətə gələn ölkələrin siyahısını maksimum dərəcədə genişləndirməyə çalışır. Bu məqsədlə hələ 2019-cu ildə Türkiyə Turizmin İnkişafı və Tanıtım Agentliyi yaradılıb və ölkənin turizm imkanlarının populyarlaşdırılması istiqamətində sistemli addımlar atılır.
Nazir qeyd edib ki, son iki ildə Türkiyə turizm potensialının xaricdə təbliğinin effektivliyinə görə ölkələr siyahısına başçılıq edir. Hazırda dünyanın 140 ölkəsinin telekanallarında Türkiyədə bayramlar mövzusunda reklamlar göstərilir.
"Heç bir problem yoxdur. Əminəm ki, biz 2019-cu il pandemiyadan əvvəlki göstəricilərə qayıdacağıq. Qara dənizdəki müharibə ilə əlaqədar cari il üçün proqnozlara müəyyən qədər yenidən baxılmalı olub. Biz alternativ bazarlar vasitəsilə 42 milyon turist və 35 milyard dollar gəlir hədəfinə nail olacağıq", - deyə nazir bildirib.
Alternativ bazarlar dedikdə, ilk növbədə Qərb ölkələri nəzərdə tutulur.
Türkiyənin mədəniyyət və turizm naziri qeyd edib ki, hökumətin məqsədlərindən biri də ölkənin bütün əyalətlərinə turist cəlb etməkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Aleksandar Vuçiç istefa verib
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
XƏBƏR LENTİ
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib





