Dünya

Peskov: "Ukrayna ilə danışıqlarda öyünəcək nəsə yoxdur"

12 May 2022 14:48
0 Şərh     Baxış: 783
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar prosesində heç bir dəyişiklik yoxdur, indi öyünəcək heç nə yoxdur.

Milli.Az TASS-a istinadən bildirir ki, o qeyd edib ki, artıq bir gün əvvəl bu mövzuya münasibət bildirib. "Danışıqlara görə, dünəndən bəri heç nə dəyişməyib", - Peskov bildirib.

Rusiya Federasiyasının sərhədyanı rayonlarının Ukrayna tərəfindən atəşə tutulmasının danışıqların gedişinə necə təsir edə biləcəyi ilə bağlı sualı cavablandıran Kreml sözçüsü deyib: "İndi də danışıqlar yolunda lovğalanacaq heç nə yoxdur".

Çərşənbə günü o danışıqlar prosesinin davam etdiyini, lakin "çox ləng və səmərəsiz" olduğunu söylədi.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.