Dünya

"Bu, nüvə müharibəsinə çevrilə bilər"

12 May 2022 12:04
0 Şərh     Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO ilə Rusiya arasında potensial münaqişə nüvə müharibəsinə çevrilə bilər ki, bu da "hamı üçün fəlakətli ssenari" olacaq.

Milli.Az TASS-a istinadən bildirir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Eyni zamanda, Medvedev Qərbin Rusiyanın guya dünyanı nüvə münaqişəsi ilə qorxutması ilə bağlı ritorikasını rüsvayçılıq adlandırıb.

O, həmçinin hesab edir ki, NATO ölkələrinin Ukraynaya silah göndərməsi və Rusiya Federasiyasının sərhədləri yaxınlığında təlimlər keçirməsi alyansla Rusiya arasında birbaşa münaqişə ehtimalını artırır.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.