Dünya

Türkiyə istehsalı olan “Hurjet” döyüş təyyarəsi gələn il istifadəyə veriləcək

11 May 2022 23:43
0 Şərh     Baxış: 1 369
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə istehsalı olan "Hurjet" döyüş təyyarəsi ilk uçuşunu 2023-cü ildə edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir məlumat verib.

"Təyyarənin ilk komponentlərinin istehsalı üçün xətt yaradılır. 2023-cü il milli döyüş təyyarələrimizi anqardan çıxararaq ilk uçuşu həyata keçirəcəyik", - deyə Dəmir bildirib.

Müdafiə Sənayesi İdarəsinin rəisi daha əvvəl bildirmişdi ki, "Hurjet" performans baxımından Amerikanın "F-35" qırıcı təyyarələrindən üstün olacaq.
Türk qırıcısı 2017-ci ildə hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.