Dünya

Vuçiçin qələbəsi rəsmiləşdi

9 May 2022 20:22
0 Şərh     Baxış: 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Serbiyanın hazırkı prezidenti Aleksandr Vuçiç aprelin 3-də keçirilən prezident seçkilərində 58,59 faiz səslə qalib gəlib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Serbiyanın Seçki Komitəsi iclas keçirərək, bütün şikayətlərə baxdıqdan və bir neçə seçki məntəqəsində təkrar səsvermə keçirdikdən sonra aprelin 3-də Serbiya prezident seçkilərinin yekun nəticələrini təsdiqləyib. 

6,5 milyondan çox vətəndaşın səsvermə hüququ var idi. Seçkilərdə iştirak 58%-dən çox olub.

Seçki komitəsinin məlumatına görə, hazırkı prezident Aleksandar Vuçiç 58,59%, onun ən yaxın rəqibi Zdravko Ponoş isə 18,39% səs toplayıb. Xatırladaq ki, aprelin 4-nə keçən gecə Serbiya lideri artıq ilk turda qələbəsini elan etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.