Dünya

ABŞ-ın yeni qırıcısı ən bahalı təyyarə olacaq

9 May 2022 12:45
0 Şərh     Baxış: 1 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Next-Generation Air Dominance" (NGAD) proqramı çərçivəsində ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanan altıncı nəsil qırıcı indiyədək istehsal edilmiş ən bahalı təyyarə olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, "Lockheed Martin F-22"-ni əvəz edəcək.

Proqrama 2010-cu illərin əvvəllərində start verilib. Ötən ilin sentyabr ayında tam miqyaslı prototipin ilk uçuşu baş tutub. F-22-nin NGAD qırıcıları ilə dəyişdirilməsi 2030-cu illərdə başlayacaq. Yeni təyyarənin pilotsuz versiyası da olacaq.

"Popular Mechanics"in rəyinə görə, 77 milyon dollarlıq F-35-lərlə müqayisədə, yeni qırıcının qiyməti 200-300 milyon dollar arasında olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.