Dünya

İnsan beyninin “çipləşdirilməsi”nə başlandı

9 May 2022 09:22
1 Şərh     Baxış: 1 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın ardından ABŞ-da da insan beyninə xüsusi çiplərin yerləşdirilməsi üzrə sınaqlara start verilib.

Bu çiplər sayəsində iflic olan xəstələr sadəcə düşünməklə çox şey edə biləcəklər. Həmçinin, çip vasitəsilə sadəcə düşüncə ilə email göndərmək, onlayn alış-veriş etmək, sosial şəbəkələrdə statuslar yazmaq mümkündür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla belə, çip texnologiyasının inkişafını müsbət qiymətləndirənlərlə yanaşı, ona şübhə ilə yanaşanlar da var.

Çipin istehsalçısı Avstraliyanın "Synchron" şirkətidir. Bu ölkədə keçirilən sınaqlarda beyninə çip yerləşdirilən insanlar sadəcə düşünərək tvit yazmağı bacarıblar.

Nyu-Yorkdakı sınaqlar uğurlu olarsa, cihazın ABŞ-ın müvafiq qurumları tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.