Dünya

İranda saxta içkidən kütləvi zəhərlənmə - 5 ölü

2 May 2022 23:41
0 Şərh     Baxış: 1 009
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın cənubunda Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində saxta spirtli içkidən 48 nəfər zəhərlənib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı Hörmüzqan Tibb Fakültəsinin İctimaiyyətlə Əlaqələr üzrə direktoru Fatma Nevruziyan açıqlama yayıb.

O bildirib ki, zəhərlənənlərdən beşi ölüb, 11 nəfərinin vəziyyəti ağırdır, üç nəfər isə görmə qabiliyyətini itirib.

Bəndər Abbas şəhər polis rəisi Timur Dövlətyari şəhərdə spirtli içkidən zəhərlənməyə səbəb olan saxta içki istehsal edən şəxslərin müəyyənləşdirildiyini və indiyədək 8 nəfərin nəzarətə alındığını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.