Dünya

Pişiyin dişləməsi amerikalıya baha başa gəldi

3 May 2022 02:22
0 Şərh     Baxış: 1 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Şimali Karolina ştatının Şarlot qraflığının sakini küçə pişiyinin dişləməsi ilə bağlı həkimə müarciət edib və 21 min dollarlıq hesab alıb.

Kristi Driskoll adlı qadın iki dəfə evinin eyvanında bir pişiklə qarşılaşıb. İlk dəfə heyvan kifayət qədər mehriban olub. Lakin bir ay sonra geri qayıdan pişik qadına aqressiv reaksiya göstərərək onu dişləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təcili yardıma müraciət edən qadına antibiotik verilib, müayinə olunub, üç iynə vurulub və ona quduzluğa qarşı profilaktika kursdan keçmək tövsiyə edilib.

Bütün bunlardan sonra xanım 21 min dollarlıq hesab alıb və tibbi xidmətlərin bahalığından şoka düşüb.

O, problemi həll etmək üçün vilayət rəhbərliyinə müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.