Dünya

Bu ölkə Rusiya ilə sərhəddə hasarlar çəkəcək

2 May 2022 09:50
Baxış: 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Finlandiya hakimiyyəti Rusiya ilə sərhədin bəzi hissələrinə hasar çəkmək qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iki ölkə arasında sərhədin uzunluğu 1,3 min kilometrdən artıqdır. Hazırda orada yalnız tikanlı məftil çəkilib. Sərhədçilərin sözlərinə görə, belə hasar ev heyvanlarının sərhədi keçməsinə mane olur.

Riskli ərazilərdə yeni hasarların çəkilməsi nəzərdə tutulur.

Finlandiyanın daxili işlər naziri Krista Mikkonen bildirib ki, bu cür maneələrin inşası ölkənin təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyat tədbirlərinin bir hissəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.