Rusiyanın Stokholmdakı səfirliyinin nümayəndəsi İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda İsveçin xarici işlər naziri Ann Linde mayın 1-də İsveç radiosuna müsahibəsində bildirib.
Linde qeyd edib ki, bu, Rusiya təyyarəsinin İsveç hava məkanını pozmasına reaksiyadır.
"Biz səfirliklə əlaqə saxlayırıq və nümayəndə etirazı qəbul etmək üçün Xarici İşlər Nazirliyinə gəlməlidir", - deyə Ann Linde deyib.
Xatırladaq ki, aprelin 30-da İsveç hərbçiləri Rusiyanın An-30 təyyarəsinin İsveçin hava məkanını pozduğunu açıqlamışdı.
Milli.Az