Dünya

Baş Qərargah: "Rusiya hərbçiləri kəndlilərin 60 ton taxılını oğurlayıb"

29 Aprel 2022 15:06
0 Şərh     Baxış: 947
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya işğalçıları kəndliləri qarət edir".

Milli.Az "Report"a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Qeyd olunub ki, Rusiya ordusu tərəfindən Kamyanka-Dnerovskaya şəhərinin kənd təsərrüfatı anbarından 60 tondan artıq taxıl yük daşıyıcı ilə birlikdə oğurlanıb.

Bildirilib ki, son sutkada Ukrayna müdafiəçiləri Rusiya hərbçilərinin 15 hava hədəfini vurub, bir təyyarəsini, 5 qanadlı raketini və 9 əməliyyat-taktiki səviyyəli PUA-sını məhv edib.

"Donetsk və Luqansk vilayətlərində Ukrayna Silhalı Qüvvələri düşmənin 9 hücumunun qarısını alıb, 9 tankını, 12 "T" zirehli texnikasını, bir artilleriya sistemini, bir avtomobilinin və bir zenit-raket qurğusunu sıradan çıxarıb", - məlumatda bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.