Dünya

Yaponiyanın baş naziri Asiya və Avropanın beş ölkəsinə səfər edəcək

28 Aprel 2022 08:08
0 Şərh     Baxış: 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Baş naziri Fumio Kişida aprelin 29-dan mayın 6-dək İndoneziya, Vyetnam, Tayland, İtaliya və Böyük Britaniyaya səfər edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

Baş nazir aprelin 29-dan mayın 6-dək İndoneziya, Vyetnam, Tayland, İtaliya və Böyük Britaniyaya səfər edəcək",- deyə baş katib bildirib.

Aprelin 26-da "Kyodo" agentliyi Kişidanın xaricə səyahət etmək niyyəti barədə məlumat yayıb.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər naziri Yoşimasa Hayaşi də səfərə gedəcək.

O, aprelin 28-dən mayın 2-dək Qazaxıstan, Özbəkistan və Monqolustanda, mayın 6-dan 8-dək isə Sakit okeanın ada dövlətləri Fici və Palauda olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.