Dünya

Boris Conson: “Ukrayna verdiyimiz silahlarla Rusiyadakı hədəfləri vura bilər”

27 Aprel 2022 14:12
2 Şərh     Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ukrayna Britaniyanın ona verdiyi silahlarla Rusiya ərazisindəki hədəfləri vura bilər".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson "Talk TV"yə müsahibəsində deyib.

"Ukraynanın özünü müdafiə etmək hüququ var. Biz böhranın Ukraynanın sərhədlərindən kənara çıxmasını istəmirik. Lakin dediyim kimi, ukraynalılar özlərini müdafiə edə bilərlər", - o bildirib.

Daha əvvəl Böyük Britaniyanın silahlı qüvvələr naziri Ceyms Hippi də bildirmişdi ki, Ukraynanın Rusiyaya hücumu legitimdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.