Dünya

Müharibədə Ukraynada öldürülən dinc əhalinin yeni sayı açıqlandı

27 Aprel 2022 07:21
0 Şərh     Baxış: 841
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın hücumu nəticəsində Ukraynada ölən mülki şəxslərin sayı açıqlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə BMT yeni məlumat paylaşıb.

Məlumata görə, fervralın 24-dən aprelin 25-dək 2729 dinc sakin ölüb. Bunlardan 201-i uşaqdır. 

Həmçinin, 299-u uşaq olmaqla 3111 nəfər xəsarət alıb. Həlak olanların əksəriyyəti mərmi və hava zərbələri nəticəsində dünyasını dəyişib.

BMT qeyd edir ki, real itkilər daha çoxdur, çünki işğal olunmuş ərazilərdə qurbanların dəqiq sayını müəyyən etmək mümkün deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.