Dünya

İtaliyalı qapıçı Ukraynadakı müharibədə itkin düşüb

25 Aprel 2022 22:24
0 Şərh     Baxış: 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynadakı müharibədə iştirak edən italiyalı qapıçı İvan Vavassori itkin düşüb.

Milli.Az "report"-a istinadən bildirir ki, 29 yaşlı qolkiperin Rusiya ordusunun bombardmanı nəticəsində həlak olduğu ehtimal edilir.

O, sonuncu dəfə aprelin 9-da özünün instaqram səhifəsində döyüşlərdən kadrlar paylaşıb.

Vavassori Ukraynaya yola düşməzdən öncə sosial şəbəkə hesabında bunları yazıb: "20 il gec və ya tez ölməyin elə bir mənası yoxdur. Əsas olan yaxşı ölməkdir. Əsl həyat məhz onda başlayır".

Qeyd edək ki, İvan Vavassori daha çox İtaliyanın aşağı liqa klublarında çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.