Dünya

Vinnitsa vilayəti atəşə tutuldu: ölənlər və yaralananlar var

25 Aprel 2022 12:02
0 Şərh     Baxış: 857
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Vinnitsa vilayətində Jmerinka və Kazatin şəhərlərini atəşə tutması nəticəsində ölənlər və yaralananlar var.

Milli.Az bildirir ki, bu haqda Vinnitsa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Borzov Telegram-da yazıb.

"Bu gün Vinnitsa vilayəti yenidən atəşə tutulub. Jmerinka şəhəri və Kazatin şəhəri. Düşmən mühüm infrastruktur obyektlərinə zərbələr endirməyə çalışır. Təəssüf ki, ölənlər və yaralananlar var", - o qeyd edib.

Borzov əlavə edib ki, hazırda xilasetmə işləri aparılır.

Administrasiya rəhbəri təfərrüatları daha sonra təqdim edəcəyini deyib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.