Dünya

“Ukraynanın spartalıları” - 80 kazak minlərlə rus hərbçini necə saxladı?

15 Aprel 2022 18:12
1 Şərh     Baxış: 1 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"72-ci mexanikləşdirilmiş briqadanın 80 hərbçisi ("Qara kazaklar") Kiyev vilayətinin Moşçun qəsəbəsi yaxınlığında minlərlə rus hərbçisini saxlayıb".

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı deyib.

"300 spartalının hekayəsini hamı bilir. Bu müharibədə bizdə dünyanın bilməli olduğu cəsarət və peşəkarlıq nümunələri var. "Qara kazaklar"ın adını daşıyan 72-ci mexanikləşdirilmiş briqadanın 80 hərbçisi Moşçun qəsəbəsini yarıb keçməyə çalışan minlərlə rus hərbçisinin qarşısını alıb", - Zalujnı bildirib.

Moşçun qəsəbəsi martın 21-də işğaldan azad olunub. Azsaylı Ukrayna hərbçiləri qəsəbədə rus ordusunun çoxlu texnikası məhv ediblər. Həmin döyüşlərdə rus ordusunun tərkibində təkcə piyadalar yox, xüsusi təyinatlılar, hücum qoşunları, eləcə də "Kadırovçular"ın olduğu deyilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.