Dünya

Güclü külək nəticəsində Tbilisidə bir nəfər ölüb

13 Aprel 2022 21:05
0 Şərh     Baxış: 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güclü külək Gürcüstanın regionları ilə yanaşı, paytaxt Tbilisidə də ciddi problemlər yaradıb. Yaranmış problemlərlə əlaqədar paytaxt sakinlərindən meriyaya onlarla zəng daxil olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Tbilisinin meri Kaxa Kaladze bildirib.

Qeyd edilib ki, güclü külək binaların dam örtüyünü uçurub, ağacları kökündən qoparıb. Təbii fəlakət nəticəsində bir nəfər həyatını itirib.

Mer deyib ki, Tbilisinin Varketili rayonu ərazisində kökündən qopan ağac iki qadının üstünə aşıb. Onlardan biri xəstəxanada ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory