Dünya

Rusiya artıq Donbasa hücuma başlayıb

10 Aprel 2022 12:09
0 Şərh     Baxış: 1 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya qoşunlarının Donbasa hücumunun birinci mərhələsi artıq başlayıb, ikinci mərhələ üçün əlavə qüvvələrin gəlməsi gözlənilir".

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Aleksey Arestoviç Mark Feyqinə müsahibəsində danışıb.

Aretoviç bildirib ki, Rusiya həm şimaldan, həm də cənubdan eyni vaxtda hücum əməliyyatı keçirməyə çalışacaq:

"İndi hamı ikinci eşelon gözləyir. İkinci eşelon da: bunlar Uzaq Şərqdən gələn 10 BTQ (batalyon taktiki qrupları), sonuncu 5-ci Ordu; şimaldan isə bizdən geri çəkilənlərdir. - Kiyevdən, Çerniqovdan və Sumıdan".
Arestoviçin sözlərinə görə, Uzaq Şərqdən gələn əlavələr hələ də hücum mövqelərinə çatmayıb. Qoşunlar isə hələ hücuma hazır deyil, şimaldan çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.