Dünya

Cəmi 12 ukraynalıya qaçqın statusu verilib - ABŞ vədinə xilaf çıxır?

7 Aprel 2022 23:31
0 Şərh     Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ay ABŞ müharibədən Amerikaya qaçan cəmi on iki ukraynalıya qaçqın statusu verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, martın 24-də ABŞ Prezidenti Co Bayden yüz minə qədər Ukrayna vətəndaşını ölkəyə qəbul edəcəyinə söz vermişdi.

CNN telekanalının məlumatına görə, çox güman ki, bu 12 ukraynalı Ukraynada müharibə başlamazdan xeyli əvvəl müraciət edib. Beləliklə, ABŞ-da ukraynalılara qaçqın statusunun verilməsi prosesi sürətlə getmir.

Yüzlərlə ukraynalı Meksika sərhədində ABŞ-a daxil olmaq üçün növbə gözləyir. Həmçinin, hər gün 100 ukraynalı qaçqının ABŞ-a daxil olduğu bildirilir.

Ağ Ev ABŞ-a getmək istəyən ukraynalı qaçqınların Avropada qalacaqlarına ümid edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.