Dünya

Kanada Rusiya və Belarus vətəndaşlarına qarşı sanksiyalar tətbiq edəcək

4 Aprel 2022 23:55
0 Şərh     Baxış: 1 128
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanada Rusiya və Belarus vətəndaşlarına qarşı sanksiyalar tətbiq edəcək.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Belə ki, Kanada hakimiyyəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın və Belarusun 18 vətəndaşını sanksiya siyahısına əlavə edəcək.

"Qadağalar Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin pozulmasına şərait yaratdıqlarına və yol verdiyinə görə məhdudiyyətlər tətbiq ediləcək. Bu şəxslərin Rusiya və Belarusla sıx əlaqələri var", - sənəddə deyilir.

Sanksiyaların nə vaxt tətbiq ediləcəyi dəqiq göstərilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.