Dünya

Nikolayevə raket zərbələri endirilib, ölənlər və yaralananlar var

4 Aprel 2022 23:19
0 Şərh     Baxış: 898
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya ordusu Ukraynanın Nikolayev şəhərinə raket zərbələri endirib.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Nikolayev şəhərinin meri Aleksandr Senkeviç teleqram kanalında məlumat yayıb.

Zərbələr nəticəsində 10 yerli sakin həlak olub, daha 46 nəfər yaralanıb.

Mer, həmçinin qeyd edib ki, Rusiya hərbçiləri şəhəri kasset mərmiləri ilə atəşə tutur.

Bundan əvvəl məlum olub ki, Nikolayevdə avtobus dayanacağı, həmçinin mikroavtobusda olan sərnişinlər atəşə məruz qalıb.

Ötən gün Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Nikolayev şəhəri ətrafında yerləşən Balovnoye aerodromuna hücum edilib, nəticədə Ukrayna silahlı qüvvələrinin üç helikopteri vurulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.