Dünya

AFR-də məcburi peyvəndlənmənin taleyi bu həftə həll olunacaq

4 Aprel 2022 21:59
1 Şərh     Baxış: 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cümə axşamı Almaniya bundestaqında əhalinin COVID-19 əleyhinə məcburi ümumxalq peyvəndlənməsi barədə qanun layihəsinin bir neçə oxunuş üzrə səsverməsi gözlənilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qanun layihəsinin variantlarının birində 18 yaşdan və 50 yaşdan yuxarı şəxslərin məcburi peyvəndlənməsi barədə müddəa yer alır. Azad Demokratik Partiya fraksiyasının partiya sədrinin müavini Volfqanq Kubiki başda olmaqla məcburi peyvəndlənmədən imtina barədə müraciəti üzrə də səsvermə təşkil ediləcək.

Koronavirus əleyhinə məcburi peyvəndlənmə barədə qanunun qəbul edilməsi üzrə planların həqiqətən baş tutmayacağı istisna olunmur. Çünki xəstəxanalarda həddindən artıq yüklənmə yoxdur, AFR-də əhalinin COVID-19 əleyhinə peyvəndlənmə səviyyəsi kifayət qədər yüksəkdir (76 faiz). Digər tərəfdən, Almaniyada hazırda geniş yayılan "omikron" ştamı ümumilikdə yalnız istisna hallarda ağırlaşma ilə nəticələnir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.