Dünya

Dünyanın ən sıx məskunlaşmış şəhəri olan Şanxayın karantin günlərindəki boş küçələri - FOTO

4 Aprel 2022 21:35
0 Şərh     Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin əhali sayına görə ən böyük şəhəri olan Şanxayda COVID-19 virusuna yoluxmaların çoxalması səbəbindən martın 28-dən etibarən iki mərhələdə tam qapanma tətbiq olunur.

Təxminən 26 milyon sakini olan Şanxay dünyanın ən sıx məskunlaşmış şəhəri hesab olunur. Planetin və Çinin ən iri şirkətlərinin baş və yerli ofislərinin yerləşdiyi Şanxay dünyanın əsas maliyyə, biznes, istehsal, mədəniyyət, incəsənət, təhsil, turizm, moda, elmi araşdırma mərkəzlərindən biridir. Dünyanın ən iri yük limanına, sərnişin dövriyyəsinə görə ilk 10-luqda yer alan Pudon Beynəlxalq Hava Limanına, bir neçə dəmir yolu vağzalına, dünyada ən uzun metro şəbəkəsinə malik, göydələnlərin sayına görə planetin 5-ci iri şəhəri olan Şanxayda bu günlərdə sanki həyat durub. Fotoqraf Alberto Xose Qarsia "ShanghaiSmart" saytı üçün şəhərin ən izdihamlı küçələrinin qapanma dövründəki vəziyyətinə dair fotosessiya edib.

Milli.Az AZƏRTAC-a istinadən həmin fotosessiyanı təqdim edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.