Dünya

Dünya Bankı Əfqanıstanda 600 milyon dollarlıq layihələri dondurub

31 Mart 2022 08:27
0 Şərh     Baxış: 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya Bankı Əfqanıstanda 600 milyon dollarlıq layihələri dayandırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə bankın mətbuat xidməti məlumat yayıb.

"Bank Əfqanıstanda dəyəri 600 milyon dollar olan dörd layihəni dayandırır. Söhbət təhsil, səhiyyə və kənd təsərrüfatı ilə bağlı layihələrdən gedir", - açıqlamada bildirilir.

Bankın reaksiyası müvəqqəti "Taliban" hökumətinin qızların orta məktəblərdə və liseylərdə təhsil almasını məhdudlaşdırmaq qərarına cavab olub.

"Taliban" hökumətinin Təhsil Nazirliyi martın 23-də ibtidai məktəbin qızlar üçün açıq olacağını bildirsə də, orta təhsil sistemi ilə bağlı heç bir qərar verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.