Dünya

Slovakiya Rusiya səfirliyinin diplomatlarını yarıya qədər azaldır

30 Mart 2022 22:24
0 Şərh     Baxış: 956
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Slovakiya Rusiya səfirliyinə əməkdaşlarının sayını 35-ə qədər azaltmaq barəsində göstəriş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Slovakiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat katibi bildirib ki, buna səbəb rusiyalı diplomatların Vyana konvensiyasına zidd fəaliyyət göstərməsidir.

"Bu addım Rusiya səfirliyinin personalının Vyana konvensiyasının, Slovakiyanın maraqlarının və Rusiya ilə tərəfdaşlığa zidd fəaliyyətlərin davam etməsinə görə zəruri hesab edilir", - deyə Slovakiya XİN-in mətbuat katibi Juraj Tomaqa bəyanatında bildirib.

Slovakiya mediası bu addımla Rusiyanın Sovakiyadakı səfirliyində əməkdaşlarının sayının yarıya qədər azalacağını bildirib.

Qeyd edək ki, Slovakiya martın 14-də də Rusiya səfirliyinin 3 əməkdaşını məxfi xidmətdən aldığı məlumat əsasında ölkədən çıxarıb.

Xatırladaq ki, ötən gün Belçika, Niderland və İrlandiya da daxil olmaqla Avropa İttifaqının bir sıra ölkələri onlarla Rusiya diplomatının ölkədən çıxarılması barəsində qərar qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.