Dünya

“Human Rights Watch”: Rusiya qadağan edilmiş minalardan istifadə edib

30 Mart 2022 22:14
0 Şərh     Baxış: 859
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Rusiya Ukraynanın Xarkov regionunun şərqində piyada əleyhinə qadağan edilmiş "POM-3" (Medallion) minalarından istifadə edib".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Human Rights Watch" məlumat yayıb. Bildirilib ki, minalar martın 28-də Ukraynanın partlayıcı sursatların zərərsizləşdirilməsi qrupu tərəfindən aşkarlanıb.

"Rusiyanın 16 metr radiusda insanları fərq qoymadan öldürə və ya yaralaya bilən yeni yerləşdirilmiş bu minalara malik olduğu məlumdur", - deyə HRW-nin məlumatında qeyd olunub.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri bu minalara, eləcə də onların daşınması sistemlərinə malik deyil.

Əlavə olunub istifadə edilən model Rusiyanın yeni inkişaf etdirdiyi "POM-3" minalarının yeni versiyasıdır. Seysmik sensorlarla təchiz edilən bu minalar insanların yaxınlaşmasını müəyyənləşdirərək havada partlayır. Nəticədə minadan ayrılan qəlpələr 16 metr radiusda ölümcül təsir yarada bilir.

Qeyd edək ki, bu tip minalardan istifadə 1997-ci ildə imzalanan minaların qadağan edilməsi haqqında Ottava Razılaşması ilə qadağan edilib. Həm Rusiya, həm də Ukrayna həmin razılaşmanı imzalayan ölkələr arasındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.