ABŞ-ın Rusiyada hakimiyyəti dəyişməyə yönəlmiş heç bir strategiyası yoxdur.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken İsrail xarici işlər naziri Yair Lapidlə görüşü zamanı deyib.
"Bizim nə Rusiyada, nə də başqa yerdə rejim dəyişikliyi strategiyamız var", - Blinken bildirib.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Co Bayden Varşavada Vladimir Putinlə bağlı çıxışında "Bu adam hakimiyyətdə qala bilməz" demişdi.
Milli.Az