ABŞ Rusiyada hakimiyyəti dəyişməyi planlayır? - Blinkendən AÇIQLAMA

28 Mart 2022 04:34

ABŞ-ın Rusiyada hakimiyyəti dəyişməyə yönəlmiş heç bir strategiyası yoxdur.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken İsrail xarici işlər naziri Yair Lapidlə görüşü zamanı deyib.

"Bizim nə Rusiyada, nə də başqa yerdə rejim dəyişikliyi strategiyamız var", - Blinken bildirib.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Co Bayden Varşavada Vladimir Putinlə bağlı çıxışında "Bu adam hakimiyyətdə qala bilməz" demişdi.

Milli.Az