Dünya

Ukraynada hamı bu uşaqdan danışır: Gecə evdən qaçaraq...

26 Mart 2022 02:31
0 Şərh     Baxış: 10 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiyev vilayətinin Borispol şəhərində yaşayan 11 yaşlı Maksim gecə evdən qaçaraq özünümüdafiə dəstələrin qərargahına gəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə könüllülərin komandanı Aleksey Kovtun özünün İnstagram səhifəsində bildirib. 

Məlumata görə, Maksim ukraynalı döyüşçülərə əlindən gələni köməyi etmək istədiyini deyib. Uşağın bu hərəkəti döyüşçüləri çox təsirləndirib. Onlar Maksimə minnətdarlıqlarını bildirərək valideynlərinə qaytarıblar. Onlardan isə xahiş ediblər ki, evdən xəbərsiz getdiyinə görə, Maksimi danlamasınlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.