Dünya

Ukrayna ordusu bu yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib

25 Mart 2022 12:52
0 Şərh     Baxış: 1 098
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Malinovka kəndini Rusiya hərbçilərindən azad edib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Malinov icmasının rəhbəri Vladimir Şiş xəbər verib.

O, qeyd edib ki, Rusiya hərbçiləri bu günə qədər Malinovkada olsa da, Ukrayna Silahlı Qüvvələri kəndi azad edib.

"İcmanı təşkil edən beş böyük kənddən üçü tamamilə düşmən qoşunları tərəfindən işğal edilmişdi - Lyubimovka, Novozlatopol və bu günə qədər Malinovka. Hazırda qoşunlarımız təmizlik işləri aparır, ona görə ki, Malinovka azad edilib", - Şiş deyib.

Qeyd edilir ki, icmada da vəziyyət gərgindir, çünki Rusiya hərbçiləri hər yerdə postlar qurub, kəndlərə heç kəsi buraxmırlar. Nəticədə - ərzaq, su, dərman və çörək təchizatı ilə bağlı humanitar problemləri yaranır.

Eyni zamanda dünən Ukrayna ordusunun ölkənin şərqində Rusiyanın 130 hərbçisini zərərsizləşdirdiyi, və bir neçə hərbi texnikasını sıradan çıxarıdığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.