Dünya

Bu müharibənin qalibi olmayacaq - Stoltenberq

24 Mart 2022 12:07
0 Şərh     Baxış: 805
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya nüvə bəyanatlarını dayandırmalıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, bu həm təhlükəlidir, həm də məsuliyyətsizlikdir:

"NATO bütün müttəfiqlərini qorumaq üçün buradadır. Biz Rusiyaya açıq mesaj veririk: Nüvə müharibəsində heç kim qalib gələ bilməz. Müharibənin qarşısını almaq üçün hər şeyi etməliyik. Əks halda, bu, Ukrayna hüdudlarından kənara çıxa və daha da təhlükəli ola bilər. Nüvə müharibəsi heç vaxt baş verməməlidir, çünki qalibi olmayacaq. Bu, əslində Rusiyanın da dəfələrlə təkrarladığı bir şeydir. Lakin hazırkı nüvə ritorikası buna ziddir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.