Dünya

Zelenski Fransa parlamentində çıxış edib

23 Mart 2022 20:35
0 Şərh     Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa parlamentinin yuxarı palatası olan Senatda çıxış edib.

Milli.Az APA-ya istinadən bildirir ki, çıxış 10 dəqiqə davam edib və sinxron tərcümə olunub.

Ukrayna rəhbəri çıxışının əvvəlində həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini istəyib. Sonra o, Mariupol şəhərini Birinci dünya müharibəsi zamanı dağıdılmış Verdenlə müqayisə edib. Çxışın sonunda Zelenski Avropadan Ukraynaya əlavə silah verilməsini və Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.