Dünya

Ukrayna ordusu bu yaşayış məntəqəsini azad etdi

22 Mart 2022 09:30
1 Şərh     Baxış: 1 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ordusu Nikolayev vilayətində 1 kəndi Rusiya hərbçilərindən azad edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko özünün teleqram kanalında bildirib.

"Əsgərlərimiz düşməni cinahlardan mühasirəyə alıb və təmizləmə əməliyyatı həyata keçirib. Nəticədə işğalçılar itki verib, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri hərbi qənimətlər - texnika, silah və sənədləri ələ keçiriblər", - o deyib.

Qeyd edilir ki, Rusiya hərbçiləri uşaq bağçasında gizlənib. Kəndin sakinləri, o cümlədən uşaqlar əvvəlcədən təxliyə olunub.

Rusiya ordusunun itkiləri hələ dəqiqləşdirilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.