Dünya

“Bosch” Rusiyadakı fabriklərində istehsalı dayandırır

20 Mart 2022 14:36
0 Şərh     Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Bosch" şirkəti Rusiya Federasiyasındakı zavodlarının işini dayandırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Alman nəhəngi tədarük və çatdırılma problemləri səbəbindən Rusiyadan çəkilməli ola biləcəyini etiraf edib.

BBC-i qeyd edir ki, bu gediş Ukraynanın "Rusiya piyada maşınları üçün əsas komponentlərdən biri "Bosch"dan gəlir" bəyanatları fonunda baş verir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba daha əvvəl demişdi ki, "Bosch" bu komponentləri illərdir Rusiya ordusuna tədarük edir.

Hazırda Almaniyada "Bosch"un bununla Avropa İttifaqının Moskvaya qarşı sanksiyalarını pozub-pozmadığını öyrənmək üçün araşdırma aparılır.

Şirkət öz araşdırmasına başladığını və iddiaları çox ciddi qəbul etdiyini bildirir.

Ukraynadakı müharibə ilə əlaqədar Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalara görə artıq 300-dən çox şirkət Rusiya bazarını tərk edib.

Əsas təchizatla bağlı problemlərə görə, bəzi Rusiya fabrikləri artıq istehsalda məcburi tətillər elan ediblər.

Analitiklər apreldə Rusiya iqtisadiyyatında defolt olacağını proqnozlaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.