Dünya

Luqanska hücum edilir: 4 ölü, 10 yaralı

19 Mart 2022 13:42
0 Şərh     Baxış: 926
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Luqansk vilayətində humanitar dəhliz razılaşdırılıb.

Milli.Az bildirir ki, bu barədə Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri Sergey Qaydaya istinadən Facebook-da paylaşılan məlumatda deyilir.

"Ruslar şəhərlərimizi xaotik nizamsız atəşə tutmaqda davam edir. Ancaq biz səhər saat 9-u gözləyirik ki, bölgə sakinlərinin təxliyəsinə başlayaq, onlara ərzaq, su və dərman gətirmək üçün "sükut rejimi" yaradılmalıdır. Humanitar dəhliz yüksək səviyyədə razılaşdırılıb. Ümid edirəm ki, ruslar tərəfindən razılaşmalara əməl olunacaq", - Qayday bildirib.

O əlavə edib ki, Severodonetsk, Rubejnoye, Popasnaya, Lisiçanskdan avtobuslarla təxliyə gözlənilir. Saat 14:00 radələrində Novozolotarevkadan evakuasiya qatarı olacaq.

Eyni zamanda, Luqansk vilayəti hərbi-mülki administrasiyasının Teleqram kanalının məlumatına görə, düşmənin Luqansk vilayətini atəşə tutması nəticəsində bir sutka ərzində 4 nəfər həlak olub, 10 nəfər yaralanıb.

"23 yaşayış məntəqəsi tam, 7-si qismən, ümumilikdə 35 minə yaxın abonent qazsız qalıb. 38 yaşayış məntəqəsi - 26-sı tam, 12-si isə qismən enerjisiz qalıb. 103 490 istehlakçı işıqsız qalıb. İstilik və su təchizatında vəziyyət dəyişməz olaraq qalır", - məlumatda bildirilir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory